You can not select more than 25 topics Topics must start with a letter or number, can include dashes ('-') and can be up to 35 characters long.
ML-For-Beginners/translations/README.az.md

25 KiB

GitHub license GitHub contributors GitHub issues GitHub pull-requests PRs Welcome

GitHub watchers GitHub forks GitHub stars

Yeni Başlayanlar üçün Maşın Öyrənməsi - Dərs Proqramı

🌍 Dünya mədəniyyətləri vasitəsilə Maşın Öyrənməsini araşdırarkən dünyanı gəzin 🌍

Microsoft-un Bulud Advokatları, böyük məmnuniyyət hissi ilə sizə Maşın Öyrənməsi haqqında hər şeyi əhatə edən 12 həftəlik, 26 dərsdən ibarət dərs proqramını təqdim edir. Bu proqramda siz Scikit-learn kitabxanasından istifadə edərək və Yeni başlayanlar üçün AI dərs proqramında əhatə olunmuş dərin öyrənmədən yan keçərək, klassik maşın öyrənməsi haqqında öyrənəcəksiniz. Bu dərsləri 'Başlayanlar üçün Data Elmi' dərs proqramımız ilə birgə aparamığınızı tövsiyyə edirik!

Bu klassik texnikaları dünyanın bir çox yerindən olan datalara tətbiq etdiyimiz üçün bizimlə dünya üzrə səyahət edin. Hər bir dərsə dərsdən əvvəl və sonra olan quizlər, dərsi başa çatdırmaq üçün yazılı təlimatlar, həll yolu, tapşırıq və s. daxildir. Yeni bacarıqların oturuşması üçün özünü doğrultmuş praktik dərs proqramımız isə sizə tətbiq edərək öyrənməyə imkan yaradır.

✍️ Müəlliflərimizə qucaq dolusu təşəkkürlər Jen Looper, Stephen Howell, Francesca Lazzeri, Tomomi Imura, Cassie Breviu, Dmitry Soshnikov, Chris Noring, Anirban Mukherjee, Ornella Altunyan, Ruth Yakubu və Amy Boyd

🎨 İllüstratorlarımıza da təşəkkürlər Tomomi Imura, Dasani Madipalli və Jen Looper

Microsoft Tələbə Səfirimizə, müəlliflərə, rəyçilərə və məzmun müəlliflərinə, xüsusilə Rishit Dagli, Muhammad Sakib Khan İnan, Rohan Raj, Alexandru Petrescu, Abhishek Jaiswal, Nawrin Tabassum, Ioan Samuila və Snigdha Agarvalla 🙏 xüsusi təşəkkür 🙏 edirik.

🤩 Microsoft Tələbə Səfirləri Eric Wanjau, Jasleen Sondhi və Vidushi Guptaya R dərslərimizə görə əlavə təşəkkür edirik!

Başlayaq

Bu kurs üçün lazım olan bütün əlavə resursları Microsoft Learn kolleksiyamızdan tapa bilərsiniz

Tələbələr, bu kurrikulumdan istifadə etmək üçün reponu öz GitHub hesabınıza kopyalayın və tapşırıqları özünüz tək və ya qrup şəklində tamamlayın:

  • Mühazirə öncəsi quiz ilə başlayın.
  • Mühazirəni oxuyun və hər bir bilik yoxlamasında olan fəaliyyətləri tamamlayın.
  • Həll kodunu işlətməkdənsə, dərsləri dərk edərək layihələri qurmağa çalışın; lakin bu kodlar hər bir layihə yönümlü dərsin /solution qovluğunda mövcuddur.
  • Mühazirədən sonrakı quizdə iştirak edin.
  • Problemi həll edin.
  • Tapşırığı tamamlayın.
  • Dərsi tamamladıqdan sonra Müzakirə Platformasına daxil olun və müvafiq PAT rubrikasını dolduraraq "yüksək səslə öyrənin". 'PAT' öyrənmənizi davam etdirmək üçün doldurduğunuz "Progress Assessment Tool"(Tərəqqi Qiymətləndirmə Aləti)-dir. Birlikdə öyrənməyiniz üçün digər PAT-lara da reaksiya verə bilərsiniz.

Əlavə oxu üçün isə bu Microsoft Learn modulları və öyrənmə yollarını izləməyinizi tövsiyyə edirik.

Müəllimlər, sizlər üçün bu kurrikulumdan necə istifadə etmək barədə bəzi təkliflər hazırlamışıq.


Video təlimatlar

Bəzi dərslər qısa formada videoyazı şəklində də mövcuddur. Onları dərslərin daxilində və ya Microsoft Developer YouTube kanalındakı "ML for Beginners" pleylistində aşağıdakı şəkilə klikləməklə tapa bilərsiniz.

Yeni başlayanlar üçün ML banneri


Komanda ilə tanış olun

Promo çarx

Mohit Jaisal tərəfindən hazırlanmış Gif.

🎥 Layihə və onu yaradan şəxslər haqqında video üçün yuxarıdakı şəklə klikləyin!


Pedaqogika

Bu dərs proqramını qurarkən iki pedaqoji prinsip seçmişik: praktiki layihə əsaslı olmasını və tez-tez keçirilən quizlərin olmasını təmin etmək. Bundan əlavə, bu kurrikulum bütünlük təşkil edə bilməsi üçün ortaq bir mövzuya malikdir.

Məzmunun layihələrə uyğun olmasını təmin etməklə proses tələbələr üçün daha cəlbedici olacaq və anlayışların yadda qalıcılığı artacaqdır. Bundan əlavə, dərsdən əvvəl az ballı quizlər tələbənin mövzunu öyrənmək istəyini müəyyənləşdirir, dərsdən sonra ikinci quiz isə onun daha da yadda qalmasını təmin etmiş olur. Bu kurikulum çevik və əyləncəli olmaq üçün nəzərdə tutulmuşdur, tam və ya qismən tamamlana bilər. Layihələr sadədən başlayır və 12 həftəlik dövrün sonuna yaxınlaşdıqca mürəkkəbləşir. Bu kurrikuluma həmçinin əlavə kredit kimi və ya müzakirə üçün əsas kimi istifadə edilə bilən ML-in real tətbiqləri üzərinə son söz də daxildir.

Davranış Kodeksi, Töhfə vermək və Tərcümə təlimatlarımızı tapın. Konstruktiv rəylərinizə açığıq!

Hər dərsə daxildir

  • dərslə bağlı eskiz
  • əlavə video material
  • video təlimatlar (yalnız bəzi dərslər)
  • mühazirə öncəsi quiz
  • yazılı dərs
  • layihə əsaslı dərslər üçün, layihənin necə qurulmasına dair addımlı təlimatlar
  • biliyin yoxlanması
  • məşğələ
  • əlavə oxu
  • tapşırıq
  • Mühazirə sonrası test

Dillər haqqında qeyd: Bu dərslər əsasən Python dilində yazılsalar da, bir çoxları R dilində də mövcuddurlar. R dilində olan dərsləri etmək üçün /solution qovluğuna keçməyiniz və R dərslərini axtarmağınız lazımdır. Onlara R Markdown faylını təmsil edən .rmd genişləndirilməsi daxildir. Bu tip fayllara, Markdown sənədində kod parçaları(R və ya digər dillərin) və YAML başlığının(çıxışın, məsələn PDF-in formatını müəyyən edir) birləşməsi baxa bilərik. Kodunuzu, onun nəticəsini və fikirlərinizi Markdown formatında yazmağa və bütün bunları bir arada etməyə imkan verdiyinə görə, o, data elmi üçün nümunəvi sənədləşdirmə aləti hesab olunur. Bundan əlavə, R Markdown sənədləri PDF, HTML və ya Word kimi çıxış formatlarına render oluna bilərlər.

Quizlər haqqında qeyd: Hər biri 3 sualdan ibarət olmaqla, ümumilikdə 52 quizdən ibarət olan suallar toplusu, bu proqramda toplanmışdır. Onlara keçid dərslərin daxilindən olsa da, quiz proqramını quiz-app qovluğundakı təlimatları izləyərək öz cihazında da işlədə bilərsiniz.

Dərsin Nömrəsi Mövzu Bölmə Öyrənilmə Məqsədi Dərsə Keçid Müəllif
01 Maşın öyrənməsinə giriş Giriş Maşın öyrənməsinin arxasında dayanan sadə konseptləri öyrənin Dərs Muhammad
02 Maşın öyrənməsinin tarixi Giriş Bu sahənin altında yatan tarixi öyrənin Dərs Jen and Amy
03 Ədalətlilik and maşın öyrənməsi Giriş Tələbələrin ML modellərini qurarkən və tətbiq edərkən ədalətlə bağlı nəzərə almalı olduqları vacib fəlsəfi məsələlər hansılardır? Dərs Tomomi
04 Maşın öyrənməsi üsulları Giriş ML tədqiqatçıları ML modellərini qurmaq üçün hansı üsullardan istifadə edirlər? Dərs Chris and Jen
05 Reqressiyaya giriş Reqressiya Reqresiyya modelləri üçün Python və Scikit-learn ilə tanış olun
  • Jen
  • Eric Wanjau
06 Şimali Amerikada balqabaq qiymətləri 🎃 Reqressiya ML-ə hazırlıq üçün datanı vizuallaşdırın və təmizləyin
  • Jen
  • Eric Wanjau
07 Şimali Amerikada balqabaq qiymətləri 🎃 Reqressiya Xətti və polinom reqressiya modellərini qurun
  • Jen and Dmitry
  • Eric Wanjau
08 Şimali Amerikada balqabaq qiymətləri 🎃 Reqressiya Logistik reqressiya modeli qurun
  • Jen
  • Eric Wanjau
09 Veb Tətbiq 🔌 Veb Tətbiq Öyrədilmiş modelinizdən istifadə etməsi üçün veb tətbiq yaradın Python Jen
10 Qruplaşdırmaya giriş Qruplaşdırma Datanızı təmizləyin, hazır formaya gətirin və vizuallaşdırın; qruplaşdırmaya giriş
  • Jen and Cassie
  • Eric Wanjau
11 Dadlı Asiya və Hindistan mətbəxi 🍜 Qruplaşdırma Qruplaşdırıcılara giriş
  • Jen and Cassie
  • Eric Wanjau
12 Dadlı Asiya və Hindistan mətbəxi 🍜 Qruplaşdırma Daha çox qruplaşdırıcılar
  • Jen and Cassie
  • Eric Wanjau
13 Dadlı Asiya və Hindistan mətbəxi 🍜 Qruplaşdırma Modelinizdən istifadə edərək tövsiyələr verən veb tətbiq yaradın Python Jen
14 Klasterləşdirməyə giriş Klasterləşdirmə Datanızı təmizləyin, hazır formaya gətirin və vizuallaşdırın; klasterləşdirməyə giriş
  • Jen
  • Eric Wanjau
15 Nigeriya musiqi zövqlərini kəşf edin 🎧 Klasterləşdirmə K-Ortalama klasterləşmə metodunu öyrənin
  • Jen
  • Eric Wanjau
16 Təbii dil emalına giriş ☕️ Təbii dil emalı Sadə bot yaratmaqla NLP-in əsasları haqqında öyrənin Python Stephen
17 Yayğın NLP tapşırıqları ☕️ Təbii dil emalı Dil strukturları ilə işləyən zaman tələb olunan ümumi tapşırıqlar ilə NLP biliyinizi dərinləşdirin Python Stephen
18 Tərcümə və hiss analizi ♥️ Təbii dil emalı Ceyn Ostin ilə tərcümə və hisslərin analizi Python Stephen
19 Avropanın romantik otelləri ♥️ Təbii dil emalı Otel rəyləri ilə təəssürat analizi 1 Python Stephen
20 Avropanın romantik otelləri ♥️ Təbii dil emalı Otel rəyləri ilə təəssürat analizi 2 Python Stephen
21 Zaman seriyası proqnozlaşdırmasına giriş Zaman seriyaları Zaman seriyası proqnozlaşdırmasına giriş Python Francesca
22 ⚡️ Dünya üzrə enerji istifadəsi ⚡️ - ARIMA ilə zaman seriyalarının proqnozlaşdırılması Zaman seriyaları ARIMA ilə zaman seriyalarının proqnozu Python Francesca
23 ⚡️ Dünya üzrə enerji istifadəsi ⚡️ - SVR ilə zaman seriyalarının proqnozlaşdırılması Zaman seriyaları Dəstək Vektor Reqressoru ilə zaman seriyalarının proqnozu Python Anirban
24 Gücləndirilmiş öyrənməyə giriş Gücləndirilmiş öyrənmə Q-Öyrənməsi ilə gücləndirilmiş öyrənməyə giriş Python Dmitry
25 Piterə canavardan qaçmağa kömək edin! 🐺 Gücləndirilmiş öyrənmə Gücləndirilmiş Öyrənmə Gym-i Python Dmitry
Son söz Real-Dünya ML ssenariləri və tətbiqləri Real-Dünyada ML Klassik ML-nin maraqlı və aşkar real dünya tətbiqləri Dərs Team
Son söz RAI tablosundan istifadə edərək ML-də Model Sazlanması Real-Dünyada ML RAI tablosundan istifadə edərək ML-də Model Sazlanması Dərs Ruth Yakubu

Bu kurs üçün lazım olan bütün əlavə resursları Microsoft Learn kolleksiyamızdan tapa bilərsiniz

Oflayn giriş

Docsify istifadə edərək bu sənədləri oflayn rejimdə də işlədə bilərsiniz. Bunun üçün, reponu kopyalayın, cihazınızda Docsify-ı quraşdırın və sonra bu reponun ana qovluqda olarkən terminalda docsify service yazın. Veb sayt lokal hostunuzda 3000 portunda qaldırılmış olacaq: localhost:3000.

PDFlər

Dərs proqramının pdf versiyasını burada tapa bilərsiniz.

Kömək Lazımdır

Tərcümələrə töhfə vermək istərdinizmi? Lütfən, tərcümə təlimatlarımızı oxuyun və iş yükünü idarə etmək üçün burada şablon üzərindən issue yaradın.

Digər Dərs Proqramları

Komandamız başqa kurslar da hazırlayır! Bunları yoxla: