You can not select more than 25 topics Topics must start with a letter or number, can include dashes ('-') and can be up to 35 characters long.
ML-For-Beginners/2-Regression/translations/README.az.md

3.6 KiB

Maşın Öyrənməsi üçün reqressiya modelləri

Regional mövzu: Şimali Amerikada balqabaq qiymətləri üçün reqressiya modelləri 🎃

Şimali Amerikada balqabaqlar tez-tez Hellouin bayramı üçün qorxunc üz formasında çərtilirlər. Gəlin bu tərəvəz haqqında maraqlı faktları öyrənək!

jack-o-lanterns

Beth Teutschmann tərəfindən çəkilmiş şəkil. Mənbə: Unsplash

Nə öyrənəcəksiniz

Reqressiyaya giriş

🎥 Bu dərsə sürətli giriş videosu üçün yuxarıdakı şəkilə klikləyin.

Bu bölmədəki dərslər maşın öyrənməsi konteksti çərçivəsində reqressiyaların növlərini əhatə edir. Reqressiya modelləri dəyişənlər arasındakı əlaqəni təyin etməyə kömək edir. Bu model tipi dəyişənlər arası əlaqəni data nöqtələri vasitəsilə analiz edərək üzə çıxarır və bunun sayəsində uzunluq, temperatur və ya yaş kimi dəyərləri təxmin edə bilir.

Bu dərslər seriyasında, xətti və məntiqi reqressiyalar arasındakı fərqi, nə zaman hansını seçməli olduğunuzu öyrənəcəksiniz.

Yeni başlayanlar üçün MÖ - Maşın Öyrənməsi üçün reqressiya modellərinə giriş

🎥 Reqressiya modellərinə giriş üçün yuxarıdakı şəkilin üzərinə klikləyin.

Bu dərslər qrupunda siz data alimləri üçün ümumi mühit olan dəftərçələri idarə etmək üçün Visual Studio Code-u konfiqurasiya etmək daxil olmaqla, maşın öyrənmə tapşırıqlarına başlamaq üçün hazırlaşdırılacaqsınız. Siz maşın öyrənməsi üçün olan Scikit-learn kitabxanası haqqında öyrənəcək və bu fəsildə Reqressiya modellərinə diqqət yetirərək ilk modellərinizi quracaqsınız.

Reqressiya modelləri ilə işləmək haqqında məlumat almanıza kömək olacaq az-kod yanaşmalı alətlər də mövcuddur. Bu tapşırıq üçün olan Azure MÖ-i sınaqdan keçirin.

Dərslər

  1. Ticarət alətləri
  2. Datanın idarə olunması
  3. Xətti and polinomial reqressiya
  4. Məntiqi reqressiya

Təşəkkürlər

"Reqressiya ilə MÖ" Jen Looper tərəfindən ♥️-lə yazılmışdır.

♥️ Quizlərə töhvə verənlər: Muhammad Sakib Khan Inan və Ornella Altunyan

Balqabaq data massivi Kaagle-dakı bu proyekt tərəfindən məsləhət görülmüşdür və məlumatlar Amerika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dərc olunmuş Xüsusi Bitkilər Terminal Bazarlarının Standart Hesabatlarından götürülmüşdür. Paylanmanı normallaşdırmaq üçün müxtəlifliyə görə rəng əsaslı bəzi nöqtələr əlavə etmişik. Bu məlumatlar publik domendədir.