2.4 KiB
Zaman seriyalarının proqnozlaşdırılmasına giriş
Zaman seriyalarının proqnozlaşdırılması nədir? Burada keçmiş trendləri təhlil edərək gələcək hadisələrin proqnozlaşdırılması nəzərdə tutulur.
Regional mövzu: dünya miqyasında elektrik enerjisindən istifadə ✨
Bu iki dərsdə siz, digər sahələr arasında sənaye və biznes tətbiqləri üçün son dərəcə dəyərli olan, maşın öyrənməsinin bir qədər az tanınan sahəsi sayılan zaman sıralarının proqnozlaşdırılması ilə tanış olacaqsınız. Bu modellərin faydalılığını artırmaq üçün neyron şəbəkələrdən istifadə oluna bilsə də, biz onları klassik maşın öyrənməsi kontekstində araşdıracağıq. Çünki modellər keçmişə əsaslanaraq gələcək performansı proqnozlaşdırmağa kömək edir.
Bizim regional diqqətimiz dünya elektrik istifadəsi ilə bağlı olan keçmiş istifadə yükü əsasında gələcək enerji istifadəsini proqnozlaşdırmaq üçün maraqlı məlumat toplusuna yönəlib. Bu tip proqnozların biznes mühitində nə qədər faydalı ola biləcəyini görə bilərsiniz.
Unsplash-də Racastan yolundakı elektrik qüllələrinin Peddi Sai hrithik tərəfindən çəkilmiş fotosu.
Dərslər
- Zaman seriyalarının proqnozlaşdırılmasına giriş
- ARIMA zaman seriyası modellərinin yaradılması
- Zaman seriyalarının bölünməsi üçün Dəstək Vektor Reqressorunun yaradılması
Təşəkkürlər
"Zaman seriyalarının proqnozlaşdırılmasına giriş" Francesca Lazzeri və Jen Looper tərəfindən ⚡️ ilə yazılmışdır.
İlk dəfə Azure "Deep Learning For Time Series" reposunda yerləşdirilən dəftərçənin əsli Francesca Lazzeri tərəfindən yazılmışdır.
SVR dərsi Anirban Mukherjee tərəfindən yazılmışdır.
